"Mənşəyi məlum olmayan ət ciddi risk daşıyır” - Qida ekspertindən xəbərdarlıq

"Mənşəyi məlum olmayan ət ciddi risk daşıyır” - Qida ekspertindən xəbərdarlıq
12:47

"Mənşəyi məlum olmayan ət ciddi risk daşıyır”.

Qida təhlükəsizliyi üzrə ekspert Ağa Salamov News365.az-a bildirib ki, ölkədə bəzi kəsim yerlərində baytar yoxlamasından keçməyən və mənşəyi məlum olmayan ət məhsulları satışa çıxarılıb.

Ekspertin sözlərinə görə, belə ətlər xüsusilə hamilə qadınlar, uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar üçün təhlükə yaradır:

“Mənşəyi məlum olmayan ət risk qrupuna daxil olan insanları zəhərləyə, hətta həyatlarına təhlükə yarada bilər. Kasaplar və kəsim işləri ilə məşğul olanlar məsuliyyətli olmalı, ətlər baytar nəzarətindən keçməli və düzgün sənədləşdirilməlidir,” – deyə ekspert vurğulayıb.

O, həmçinin qeyd edib ki, bu xəbərdarlıq xalqın sağlamlığını qorumaq və risklərin qarşısını almaq məqsədilə verilir.


Sizin reklam burada
Sizin reklam burada