Məktəbin damı uçdu- FOTO

Məktəbin damı uçdu- FOTO
13:42

Şəmkirdə güclü külək kənd məktəbinin dam örtüyünü uçurub. 

News365.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Şiştəpə kəndində baş verib. 

Yaranmış vəziyyət nəzərə alınaraq şagirdlərin təhsillərinə müvəqqəti olaraq qonşuluqda yerləşən İrmaşlı kənd tam orta ümumtəhsil məktəbində davam etmələri təmin olunub. 

Qeyd edək ki, Şiştəpə kənd tam orta məktəbində 700-dən artıq şagird təhsil alır.


Sizin reklam burada
Sizin reklam burada