Məktəbdə dəhşət: Şagird müəllimə hücum etdi, faciə ilə nəticələndi

Məktəbdə dəhşət: Şagird müəllimə hücum etdi, faciə ilə nəticələndi
10:12

Rusiyanın Perm diyarına bağlı Dobryanka şəhərində məktəbdə ağır hadisə baş verib.

News365.az-ın məlumatına görə, hadisə səhər saatlarında təhsil müəssisəsinin giriş hissəsində qeydə alınıb. IX sinifdə oxuyan şagird rus dili və ədəbiyyatı müəlliminə hücum edib.

Ağır xəsarət alan müəllim xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara əsasən, müəllimin şagirdlərlə əvvəllər ciddi münaqişəsinin olmadığı bildirilir.

Hadisəni törədən yeniyetmə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada