“Lotu Quli”nin adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
News365.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası 6 ay azaldılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib.
Camal Həsənov 2021-ci ilin oktyabrında tutulub.
Təqsirləndirilən Camal Həsənova qarşı Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.