Rusiyanın Primorye bölgəsində məhkəmə əcnəbilərə hücum etməklə ad çıxarmış ekstremist dəstəyə hökm oxuyub. Bu barədə Rusiya mediası regional hökumətə istinadən məlumat yayıb.
Bandanı 2016-cı ildə 1991-ci il təvəllüdlü Vladivostok sakini digər xalqlara qarşı nifrət hissi ilə yaradıb. Cinayətkar qrup bir qız da daxil olmaqla altı nəfərdən ibarət imiş. Gənclər əcnəbilərə hücum edərək öz millətçi fikirlərini də internetdə yayıblar.
"Lider qrupu sərt şəkildə strukturlaşdırıb, fəaliyyəti birbaşa - zorakı hərəkətlər və dolayı - ultrasağ simvollarla vandalizmə yol verməyə bölüb", - məqalədə yazılıb.
Nəticədə məhkəmə dəstə başçısını təqsirli bilib və 12 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər şərti cəza alıblar. Banda başçısı hökmdən apellyasiya şikayəti vermək qərarına gəlib, lakin şikayətə baxan məhkəmə əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb. Artıq hökm qanuni qüvvəyə minib.
Tural