Ukraynadakı xüsusi hərbi əməliyyat (SVO) Rusiya Federasiyasının qələbəsi və Kiyev "neonasist rejimi”nin məhvi ilə başa çatmalıdır. Əks halda münaqişə uzun illər davam edəcək. Rusiya mediasının yaydığı məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Bilik. Birinci" marafonunda çıxışı zamanı deyib.
Siyasətçi onu da qeyd edib ki, o, taleyi, gələcəyi sual altında olan Ukrayna dövlətinin yox, Kiyev rejiminin özünün məhv edilməsini nəzərdə tutur.
“Əgər bu qanlı degenerativlər və ya başsızlar nəsə deyirlərsə, heç də həmişə Ukrayna xalqı adından demirlər”, - Medvedev deyib.
O əlavə edib ki, Ukrayna bir dövlət kimi ayaqda qalarsa, Rusiya oradan heç bir təhlükənin gəlməməsində maraqlı olacaq.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural