Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycanda rəsmi səfərdədir.
News365.az xəbər verir ki,iranlı nazirin xanımı Arzu Əhmədvand və onu müşayiət edən şəxslər Bakıdakı Bibiheybət məscid-kompleksini ziyarət edib.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Hacı Rahib Babayev ziyarətgahın tarixi barədə İranlı qonaqlara ətraflı məlumat verib. O, bildirib ki, bu tarixi məkanın İslam aləmində xüsusi yeri var, çünki burada imam Museyi-Kazımın qızı Fatimeyi Suqra-Həkimə xanımın dəfn olunub. Elə o zamandan ziyarətgaha çevrilən bu yerdə XIII əsrdə Şirvanşahlar dövlətinin hökmdarı Əbü-l-Fəth Fərruxzadın göstərişi ilə məscid inşa edilib.
Dinə qarşı amansız terror aparan sovetlər hakimiyyəti insanların üz tutduğu ziyarətgahı da “qara siyahıya” salıb və bolşeviklər 1936-cı ildə məscid uçurdublar. Hacı Rahib Babayevin sözlərinə görə, Azərbaycan müstəqillik əldə edəndən sonra Ulu Öndər Heydər Əliyevin diqqət və qayğıs ilə Bibiheybət məscidi bərpa olunub. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə ərazi genişlənərək məscid-ziyarətgah kompleksi yaradılıb.
İran İslam Respublikası Xarici işlər naziri Seyid Abbas Əraqçinin xanımı Arzu Əhmədvand ziyarətgah komplekslə tanışlığın ardından ölkələrimizin sabitliyi, xalqlarımızın rifahı və gələcək inkişafı üçün dualar edib.
Qonağa xatirə hədiyyəsi bağışlanıb.
