SON DƏQİQƏ: Dövlət gələn ildən bu kateqoriyaya vəsait ayıracaq

SON DƏQİQƏ: Dövlət gələn ildən bu kateqoriyaya vəsait ayıracaq
13:38

Azərbaycanda gələn il işsiz vətəndaşlara ödəniləcək sığorta vəsaitinin həcmi açıqlanıb. Bəs kimlər bu ödənişlərdən yararlana biləcək və proses necə həyata keçiriləcək?

Mövzunu Milli Məclisin deputatı Azər Badamov şərh edib:

“2026-cı ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 266,4 milyon manat müəyyən olunub. Bu məbləğin 28 milyon manatının işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunması nəzərdə tutulur”

Rusiyanın Badamovla bağlı qərarının gerçək səbəbləri… | KONKRET

Deputatın sözlərinə görə, sığorta ödənişi aşağıdakı hallarda verilir:

• Dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi

• İşçilərin sayının və ya ştatların ixtisarı

• Müəssisənin mülkiyyətçisinin dəyişməsi

• Məhkəmə qərarı ilə əvvəlki işçinin bərpası

• Müddətli həqiqi hərbi xidmətdən qayıdan şəxsin əvvəlki iş yerinə qəbulla bağlı hüququndan istifadə etməsi

• Əmək müqaviləsinin müddətinin başa çatması

“ Bu hallardan biri ilə iş yerini itirən vətəndaşlar sığorta ödənişi almaq hüququna malikdirlər”.

Deputat vurğulayıb ki, işsiz qalan şəxslər qeydiyyata düşmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin yerli bölmələrinə və ya “DOST” mərkəzlərinə müraciət etməlidirlər. /// KONKRET.az


Sizin reklam burada
Sizin reklam burada