Ərdoğan Özelin “Sənin baban harada idi?” sualına sərt cavab verdi

Ərdoğan Özelin “Sənin baban harada idi?” sualına sərt cavab verdi
16:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, CHP sədri Özgür Özelin “Sənin baban harada idi?” sözlərinə sərt cavab verib.

News365.az xəbər verir ki, prezident çıxışını AKP Konqres Mərkəzində keçirilən “İnsanlıq üçün güclü Türkiyə” proqramında edib.

Ərdoğan bildirib ki, Sarıkamışda şəhid olmuş mərhum babasının bir əsr əvvəl harada olduğunu soruşmaq Özel tərəfindən həddin aşılmasıdır:

“Gənclik şöbələrimizdə bu siyasi acemi ona layiq cavabı aldı. İstanbul xalqının resurslarını talayan cinayət təşkilatına poçt güvercini göndərməyi bacarıq sanan bu şəxs üçün daha çox söz sərf etmək israfdır. Allahdan ona ağıl və sağduyu verməsini diləyirəm.”

Prezident həmçinin Türkiyənin insan hüquqları mövqeyinə diqqət çəkib:

“Tek partiya dövrünün yanlış tətbiqlərini bir tərəfə qoyub xalqımızın tarixi, mədəniyyəti və inanclarına baxdıqda, bəyannamədə qeyd olunan hüquqların bizə yad olmadığı görünəcək. Hər şeydən əvvəl, insana hörmət göstərmək, onun şərəfini qorumaq və yaradılışdan gələn hüquqlarının həyata keçirilməsini təmin etmək, mədəniyyətimizdən irs olaraq qalan ali dəyərlərdir.”

Suriya və Fələstin məsələsi

Prezident Ərdoğan Türkiyənin Suriya və Qəzzədəki vəziyyətə dair mövqeyini də açıqlayıb:

“Hər iki məsələdə ilk gündən mövqeyimizi açıq şəkildə ortaya qoymuşuq. Təzyiqlərə, hədələrə və zalimlərin yanında dayanan insanlıq fukarasına heç vaxt güzəşt vermədik. Əlimizlə, dilimizlə və qəlbimizlə zülmün dayandırılması üçün çalışdıq. Suriya xalqını ölkəm və millətim adından təbrik edirəm.

İnanıram ki, Suriya rəhbərliyinin inklüziv və ədalətli siyasətləri ilə köhnə pis günlər bir daha təkrarlanmayacaq. 10 mart razılaşmasının tətbiqi, Suriyaya sərmayə qoyan şər qüvvələrin planlarını alt-üst edəcək.

İndi sıra Fələstindədir. 1967 sərhədlərində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti inşallah qurulacaq.”

Hadisənin keçmişi

Xatırladaq ki, Ərdoğan əvvəllər Özgür Özelə “CHP-nin keçmişinə baxsın, celladı orada görəcək” sözlərini demişdi. Özel isə cavab olaraq bildirmişdi:

“80-100 illik xatırlatmalar edərək bir şeylər etməyə çalışacaqsan. Tek partiya vardı. Biz oradaydıq, babalar oradaydı. Sonra tarixdən bir düşmənçilik mövqeyi tapıb onu qıcıqlandıracaqsan. ‘CHP etdi.’ Sənin baban harada idi?” /// News365.az


Sizin reklam burada
Sizin reklam burada