Bu ölkədə bina yandı: 20 nəfər öldü

Bu ölkədə bina yandı: 20 nəfər öldü
15:27

İndoneziyanın paytaxtı Cakartada yerləşən yeddimərtəbəli ofis binasında güclü yanğın faciəyə səbəb olub. Nəticədə 20 nəfərin həyatını itirdiyi bildirilib.

News365.az-ın məlumatına görə, həlak olanların 5-i kişi, 15-i isə qadındır. Hadisədən sonra əraziyə çox sayda yanğınsöndürən və təcili tibbi yardım qrupları cəlb olunub.

İlkin ehtimallara əsasən, ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi qeyd edilir. Rəsmi qurumlar yanğının artıq söndürüldüyünü və vəziyyətin nəzarət altına alındığını açıqlayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada