Mask Trampın əleyhinə çıxmağına peşman olub

Mask Trampın əleyhinə çıxmağına peşman olub
11 İyn 2025 11:43

Amerikalı milyarder İlon Mask X sosial şəbəkəsində ABŞ prezidenti Donald Trampla bağlı yazılarının həddindən artıq irəli getdiyini etiraf edib.


"Keçən həftə ABŞ prezidenti Donald Tramp haqqında yazdığım bəzi yazılara təəssüflənirəm. Onlar həddən artıq "uzağa gediblər", - Mask yazıb.


İyunun 9-da sahibkar etiraf edib ki, reputasiyasına ən böyük zərbəni özü vurub.


Bu məsələlərlə bağlı şərh Mask və Donald Tramp arasında bu yaxınlarda baş verən tikanlı atışmalar fonunda ortaya çıxıb. Mask Ağ Evin iqtisadi siyasətini sərt şəkildə tənqid edirdi.

Tural


Sizin reklam burada
Sizin reklam burada