Maşın kanala AŞDI - çox sayda yaralı var

Maşın kanala AŞDI - çox sayda yaralı var
16:44

Qusarda yol-nəqliyyat hadisəsi baş verib.

News365.az-ın məlumatına görə, hadisə Qusar-Şahdağ avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Renault" markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək su kanalına aşıb.

Nəticədə Ağdam rayon sakini, 1992-ci il təvəllüdlü E. Əsgərov, Biləsuvar rayon sakini, 1996-cı il təvəllüdlü A. Cəfərzadə, Ucar rayon sakini, 2004-cü il təvəllüdlü R. Hüseynov, Bərdə rayon sakini, 1994-cü il təvəllüdlü N. Məmmədov və Qusar rayon sakini, 1994-cü il təvəllüdlü N. Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada