İstanbulda marketdə kassir güllələnib.
News365.az xəbər verir ki, hadisəyə səbəb borc pul olub.
Belə ki, adı istintaqa məlum olmayan şəxs “10 min TL borc” üstündə yaranan mübahisə səbəbilə marketdə çalışan kassiri başından və boynundan güllələyib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı şübhəli saxlanılıb, araşdırma aparılır.