Maldivdə dincələn ruslar arasında niyə çikunqunya virusu yayılır?

Maldivdə dincələn ruslar arasında niyə çikunqunya virusu yayılır?
31 May 2025 12:15

Maldiv adalarında istiraət edən ruslar arasında təhlükəli çikunqunya virusunun yayılması getdikcə daha çox narahatlıq doğurur.

Bu barədə Life SHOT Telegram kanalına istinadən məlumat yayıb. Telegram kanalının məlumatına görə, turistlər həşəratlara qarşı krem, maz və digər qoruyucu vasitələri kütləvi şəkildə almağa başlayıblar. 

"Panikaya səbəb virusun daşıyıcısı olan sarı qızdırma ağcaqanadlarının dişləmə sayının artması olub. İstirahətçilər otellərin ərazisini həşəratlara qarşı dərmanlamamasından, otaqlarda çox vaxt fumigatorların olmamasından şikayətlənirlər",- yazıda qeyd edilib.

Turistlərin fikrincə, dişləmələr ya böyük yara formasında, ya da kiçik qırmızı nöqtələr kimi görünür. Xəstəlik yüksək temperatur (40 ° C-ə qədər) və oynaqlarda şiddətli ağrı ilə müşayiət olunur. Bu xəstəliyin simptomları ağcaqanad dişləməsindən 2-12 gün sonra görünür.

Tural


Sizin reklam burada
Sizin reklam burada