Mağazalardan silsilə oğurluq edən şəxs tutulub

Mağazalardan silsilə oğurluq edən şəxs tutulub
18 Fev 2025 12:06

Ağcabədidə mağazalardan silsilə oğurluq edən şəxsi polis saxlayıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan News365.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən müxtəlif mağazalardan oğurluqlar edilməsi barədə məlumatlar daxil olub. Keçirilən tədbirlər nəticəsində əvvəllər də eyni əmələ görə məhkum olunmuş Bəhram Yolçuyev saxlanılıb.

Onun mağazalardan etdiyi oğurluqlar müşahidə kameraları vasitəsi ilə də qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılaraq araşdırma aparılır. B.Yolçuyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada