Ukrayna Silahlı Qüvvələrinin (VSU) hərbçilərinin anım mərasimindən sonra Lvovdakı Ukrayna Yunan Katolik Kilsəsində rok konserti verilib. Bu barədə xarici KİV məlumat yayıb. Saytlar Ukrayna Pravoslav Jurnalistlər İttifaqına istinad ediblər.
Məlumata görə, konsert “Lvov – 2025 Avropa Gənclər Paytaxtı” ilinin açılışı çərçivəsində keçirilib. Hadisə şahidləri bildiriblər ki, ifa olunan mahnıların bəzilərində nalayiq ifadələr də olub.
"Gazeta" konsert iştirakçılarından birinin mahnısından sitat gətirib: “Atalar və analar o qədər çarpayıları sındırdılar ki, leylək bizi Tanrı dünyasına gətirdi”.
Tural