“Lukoil” Bakıdakı YDM-lərini satıb?

“Lukoil” Bakıdakı YDM-lərini satıb?
12:42

“Lukoil”un xarici aktivlərinin satışı ilə bağlı həyəcan iki əsas alkıcının ortaya çıxması ilə səngiyib.

Əvvəl neft şirkətinin bütün aktivlərin i milyarder Gennadi Timçenkonun həmtəsisçisi olduğu İsveçrənin “Gunvor”u, Amerika şirkətləri “Chevron” və “Quantum Energy Partners” almaq istəyirdi, amma ABŞ Maliyyə Nazirliyi onların təklifini rədd etdi.

Çünki bəllidir ki, sövdələşmə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) icazəsindən sonra hüquqi qüvvəyə minə bilər. OFAC-ın razılığı olmadan Lukoil International GMBH (LIG) şirkətinin hüquqi şəxs və ya aktivi ilə bağlı heç bir əməliyyat bağlana bilməz.
Picture background

Yanvar ayının sonunda şirkət aktivləri Amerika şirkəti“Carlyle”in sata biləcəyini açıqladı.  “Carlyle”in ABŞ mənşəli olması OFAC-ın sövdələşməni təsdiqləmə ehtimalını artırdı. “Carlyle Group” ABŞ-ın və dünyanın ən iri özəl investisiya şirkətlərindən biridir. Şirkət 1987-ci ildə Vaşinqtonda təsis edilib və hazırda qlobal maliyyə bazarlarında mühüm təsir gücünə malik oyunçulardan sayılır. “Carlyle” əsasən özəl kapital (private equity), alternativ investisiyalar, enerji, infrastruktur, sənaye, müdafiə, daşınmaz əmlak və kredit bazarları üzrə fəaliyyət göstərir.

İndi bəlli olub ki, “Lukoil”xarici aktivlərini alan ikinci şirkət Səudiyyə Ərəbistanının “Midad Energy”olub. Fevral ayında “Midad Energy” aktivləri nağd pula almağa razı olub və “Reuters”in məlumatına görə, artıq tənzimləyici orqanın təsdiqini gözləyərək vəsaitləri depozit hesabına yerləşdirməyə hazırdır. Artıq şirkətlər arasında niyyət məktubu imzalanıb.

Picture background

“Midad Energy” beynəlxalq layihələrə sərmayələri və iri müqavilələri ilə diqqət mərkəzinə düşüb. Şirkət neft-qaz hasilatı, enerji investisiyaları və infrastruktur layihələri sahəsində fəaliyyət göstərir və Yaxın Şərq, Şimali Afrika və digər regionlarda genişlənmə strategiyası həyata keçirir. Şirkətin rəhbəri Abdulelah Mohammed Al Aiban bildirib ki, əsas məqsəd qlobal enerji bazarında uzunmüddətli mövqe qazanmaq və strateji tərəfdaşlıqları artırmaqdır. 2025-ci ilin oktyabrında “Midad Energy”nin Şimali Afrika bölməsi Əlcəzairin dövlət neft şirkəti Sonatrach ilə 5,4 milyard dollarlıq müqavilə imzalayıb.

Mütəxəssislərin fikrincə, aktivlərin dəyəri 22 milyard dollardır, lakin xeyli aşağı qiymətə satılacaq. “Lukoil” artıq Avropa və ABŞ-da aktivlərin satışına razılıq verib - sövdələşmə fevralın 28-dək başa çatmalıdır. Ekspertlərə görə, vurğulayır ki, aktivlərin satışı şirkət üçün zərbə olsa da, ən çox zərər çəkən səhmdarlar olacaq.

bakida-lukoila-maskali-hucum-

Azərbaycan üzrə aktivlərin taleyi haqda hələ də rəsmi məlumat verilməyib. “Lukiol” Azərbaycanda “Azəri–Çıraq–Günəşli” yataqlar blokunda 10% paya, “Şahdəniz” qaz-kondensat yatağında 19,99% paya, həmçinin ölkənin ikinci ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir.


Sizin reklam burada
Sizin reklam burada