Daşqınlar nəticəsində altı nəfər ölüb

Daşqınlar nəticəsində altı nəfər ölüb
07 Apr 2026 23:20

"Dağıstandakı daşqınlar nəticəsində altı nəfər ölüb, 200-dən çox insan xilas edilib".

News365.az xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Rusiya Prezidenti Vladimir Putin ilə regiondakı vəziyyətə dair keçirilən müşavirədə məlumat verib.

"Hazırda Dağıstan Respublikasının 10 yaşayış məntəqəsində 2 000-dən çox ev və həyətyanı sahə su altında qalmaqdadır", - deyə nazir məruzə edib.

Kurenkovun sözlərinə görə, vəziyyətin sürətlə inkişaf etməsinə baxmayaraq, təxliyə vaxtında həyata keçirilib, zərərçəkmiş vətəndaşların qəbulu üçün 55 müvəqqəti yerləşdirmə məntəqəsi açılıb.


Sizin reklam burada
Sizin reklam burada