BMT rəsmisi Liviyada sabitliyin qorunmasında Türkiyənin rolunu yüksək qiymətləndirdi.
BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi Hanna Serua Tette Liviyada gərginliyin azaldılması istiqamətində göstərdiyi vasitəçilik səylərinə görə Türkiyəyə təşəkkürünü ifadə edib.
News365.az xəbər verir ki, Tette BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Tripolidə vəziyyətin hələ də həssas olduğunu, lakin Türkiyə və digər beynəlxalq tərəfdaşların fəal dəstəyi sayəsində nisbətən sabitliyin qorunduğunu bildirib.
O, sentyabrın 13-də əldə olunmuş razılaşmanın reallaşmasında Türkiyənin mühüm rol oynadığını vurğulayıb və bu prosesin irəliləməsini müsbət qiymətləndirib.
BMT rəsmisi həmçinin Liviya rəhbərliyini siyasi məsuliyyət nümayiş etdirməyə və ölkənin gələcəyi ilə bağlı yol xəritəsinin icrasını sürətləndirməyə çağırıb.
News365.az