Litvanın Milli Müdafiə Nazirliyi Baltik dənizi sahilində milli diviziya və NATO hərbçilərinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş hərbi şəhərciyin tikintisinə hazırlıq işlərinə başlandığını elan edib.
News365.az xəbər verir ki, bu barədə Litva müdafiə naziri Dovile Şakalene məlumat verib
"Kayray hərbi şəhərciyində Litva Silahlı Qüvvələrinin 1 500-ə yaxın hərbçisi yerləşdiriləcək. Buna görə də layihə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verəcək. Bu hərbi şəhərcik müharibə vəziyyətində əsas manevr bölməsinə çevriləcək yeni formalaşmaqda olan milli diviziya üçün lazımi infrastrukturu təmin edəcək", - müdafiə naziri bildirib.
Litvanın dövlət büdcəsindən 2030-cu ilə qədər tam icra olunacaq layihə üçün 520 milyon avro ayrılıb.