Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb

Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb
01 Sen 2025 22:15

Lənkəranda baş verən qəzada velosipedçi ölüb.

News365.az xəbər verir ki,  hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Lənkəran rayonunun Liman şəhər sakini 2005-ci il təvəllüdlü Cavid Ceyhun oğlu Səfərli idarə etdiyi "Toyota Prius" markalı minik avtomobili ilə hərəkətdə olarkən, velosipedçi Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub. R. Teymurov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada