Lənkəranda ağır QƏZA: “Vito” təcili tibbi yardım maşınına çırpıldı - Xəsarət alanlar var - FOTO

Lənkəranda ağır QƏZA: “Vito” təcili tibbi yardım maşınına çırpıldı - Xəsarət alanlar var - FOTO
09:32

Lənkəranda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var.

Hadisə köhnə Ələt–Astara magistralının 205-ci kilometrliyində, Gərmətük qəsəbəsi yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21099” markalı avtomobil “Mercedes-Vito” ilə toqquşub. Toqquşmadan sonra “Mercedes-Vito” nəzarəti itirərək yol kənarında dayanan, özəl klinikaya aid təcili tibbi yardım avtomobilinə çırpılıb.
 

Qəza zamanı Gərmətük qəsəbə sakinləri – 1995-ci il təvəllüdlü Ruslan Möhübbət oğlu Məmmədzadə və 1997-ci il təvəllüdlü Elşən Fail oğlu İbadzadə müxtəlif səviyyəli xəsarətlər alıblar.


Yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərilib və hazırda müalicələri davam etdirilir.

Xatırladaq ki, zədələnmiş təcili yardım avtomobili 20 fevral 2026-cı il tarixində açılışı olmuş özəl klinikaya məxsusdur. Faktla bağlı araşdırma aparılır.













Sizin reklam burada
Sizin reklam burada