Bu şəxslər üçün vergi güzəştləri var

Bu şəxslər üçün vergi güzəştləri var
11:31

Qanunvericilikdə bəzi şəxslər üçün vergi güzəştləri nəzərdə tutulub. Bəs onlar kimdir, hansı hallarda vergi güzəşti tətbiq edilir?

Ne
ws365.az xəbər verir ki, vəkil Tural Hüseynov bu suala cavab verib.

Vəkil bildirib ki, müxtəlif növ vergilərdə güzəştlər var. Onun sözlərinə görə, şəhid ailəsi stasusu olan şəxslər, Vətən Müharibəsi Qəhramanları, Azərbaycan Respublikasının Milli Qəhramanları, sosialist əməyi qəhramanları, Sovet İttifaqı qəhramanları müəyyən məbləğə qədər gəlir vergisindən azaddır. Şəhid ailəsi statusu olan şəxslər 800-manata qədər, digərləri isə 400 manata qədər olan hissəsi vergidən azaddır.

Tural Hüseynov ağır xəstələrə qulluq göstərən şəxslərə də gəlir vergisindən müəyyən güzəştlər edildiyini vurğulayıb:

“Orqanizmin funksiyalarının 61-80 və yaxud 81-100 hisəsinin pozulması ilə bağlı əziyyət çəkən şəxslərə qulluq edənlərin əsas iş yeri üzrə aldığı əməkhaqqının 200 manata qədər hissəsində vergidən azaddır. 100 manata qədər gəlir vergisindən azad olan şəxslər də var. Çernobıl AES-də qəza nəticəsində öz sağlamlığını itirən şəxslər, Əfqənistan müharibəsində sağlamlığını itirənlər, vəfat etmiş hərbi qulluqçuların valideynləri bu kateqoriyadan olan şəxslərdir. Himayəsində 3 nəfər olan şəxslər isə 50 manata qədər olan gəlir vergisindən azaddır”.


Sizin reklam burada
Sizin reklam burada