Lavrovla Fidan telefonla danışdı

Lavrovla Fidan telefonla danışdı
30 May 2025 16:53

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında telefon danışığı baş tutub. 

News365.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb. 

Bildirilib ki, tərəflər iyunun 2-də İstanbulda keçiriləcək Rusiya və Ukrayna arasında ikitərəfli danışıqların növbəti raunduna hazırlıq məsələlərini müzakirə ediblər. 

 Xatırladaq ki, H.Fidan bu gün Ukraynada səfərdədir.


Sizin reklam burada
Sizin reklam burada