Lavrov Qərbi ittiham etdi

Lavrov Qərbi ittiham etdi
15:15

Dünyada hazırda davam edən müharibələr Rusiyanın planlarının bir hissəsi olmayıb.

News365.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı deyib.

O vurğulayıb ki, həmin proseslər Moskvanın Qərb tərəfdaşları adlandırdığı ölkələrin uzun illər ərzində həyata keçirdiyi siyasətin tərkib hissəsi kimi formalaşıb.

Nazir əlavə edib ki, bu müharibələrə hazırlıq onun Xarici İşlər Nazirliyində işlədiyi dövr ərzində müşahidə olunan proseslərin bir hissəsi olub.


Sizin reklam burada
Sizin reklam burada