“Laçında hər kəs öz dədə-baba evinə qayıdır, bu çox sevindiricidir” Şahin Məmmədov

“Laçında hər kəs öz dədə-baba evinə qayıdır, bu çox sevindiricidir” Şahin Məmmədov
18 İyl 2025 19:20

“Laçın şəhərinin özündə məskunlaşma prosesi Laçınlıların ürəyincə oldu. “

Qartal Tikinti Şirkətinin direktoru Şahin Məmmədov bu sözləri News365.az-a açıqlamasında deyib.

“Bu, bir daha ona görə sevindiricidir ki, hər kəsin, dedə-baba yurdunda yerləşən evləri bərpa olundu. Bu, çox yaxşı haldır. Ancaq düşünürəm ki, artıq ikinci fazaya başlamağın vaxtıdır – yəni Laçının kəndlərinin bərpasına. Çünki Laçın kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan bir rayon olub. İndi imkan yaradılmalıdır ki, orada yaşayan sakinlər öz kəndlərində dedə-baba torpaqlarını əldə etsinlər, təsərrüfatlarını bərpa etsinlər və kənd təsərrüfatı ilə məşğul olsunlar, meyvə-tərəvəz əksinlər.

Digər tərəfdən, bu cür ölkə rəhbərlərinin Laçına, Xankəndiyə səfərləri və orada görüşlərin keçirilməsi iki baxımdan çox önəmlidir. Birincisi, bu, ona görə əhəmiyyətlidir ki, Azərbaycanın Qarabağın bərpasında göstərdiyi performans artıq xarici dövlətlərin marağına səbəb olur. Xankəndi, Şuşa və Laçının bərpası xarici dövlətlərin burada investisiya qoymaq niyyətini artırır. Nəticə etibarilə, bu həm yerli sakinlər üçün yeni iş yerləri deməkdir, həm də bölgəyə daha müasir yanaşmaların gətirilməsinə imkan yaradır.”-deyə bildirib.


Sizin reklam burada
Sizin reklam burada