"Tərəfdaşlığımızı yeni səviyyəyə qaldırmaq arzusundayıq" - Pakistanın Baş naziri

"Tərəfdaşlığımızı yeni səviyyəyə qaldırmaq arzusundayıq" - Pakistanın Baş naziri
28 May 2025 15:19

“Gözəl Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanmasını görmək qəlblərimizi hədsiz sevinc və fəxarət hissi ilə doldurur”.

News365.az xəbər verir ki, bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Zirvə görüşündə səsləndirib.

    “Biz ötən il Astanada üçtərəfli formatda görüşdük və qarşılıqlı maraq doğuran məsələlər ətrafında olduqca səmərəli müzakirələr apardıq. Bu gün isə füsunkar Laçında üçtərəfli tərəfdaşlığımızı xalqlarımızın istəyinə uyğun olaraq yeni səviyyəyə qaldırmaq arzusundayıq”, - deyə Pakistanın Baş naziri vurğulayıb.



    Sizin reklam burada
    Sizin reklam burada