Laçına köçən jurnalistə vəzifə verildi

Laçına köçən jurnalistə vəzifə verildi
26 Apr 2024 11:13

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.

News365.az xəbər verir ki, bu barədə özü məlumat verib.

Bildirib ki, o, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyinat alıb. Y. Quliyeva artıq işinin icrasına başlayıb.

Xatırladaq ki, Y.Quliyeva Laçın rayonunda doğulub. 1992-ci ildə Laçın işğal olunandan sonra ailəsi ilə birlikdə Bakıda məskunlaşmışdı. Y. Quliyeva bir sıra aparıcı media qurumlarında çalışıb.

 


Youtube kanalımız

Oxşar xəbərlər