Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində yerləşən qoşun birləşmələri Şimali Koreya bölmələri ilə gücləndirilib. Hazırda orada vəziyyət olduqca ağırdır. Bu barədə hərbi ekspert Mixail Jiroxov Radio NV-nin efirində bildirib.
"Belqorodda vəziyyət çox ağırdır. Koreya Xalq Demokratik Respublikasından (KXDR) gətirilən döyüşçülər artıq Belqorodda peyda olublar. Ruslar orada böyük təzyiq göstərirlər. Biz bu plasdarmı nə dərəcədə saxlaya bilərik? Bu hələ də açıq sual kimi qalır", - ekspert qeyd edib.
Jiroxov Kursk vilayətinin Tetkino şəhərində Rusiya müdafiəsinin yarılmasını da şərh edib və qeyd edib ki, Ukrayna qüvvələri bu qəsəbədə cəmləşərsə, onları oradan sıxışdırıb çıxarmaq çox çətin olacaq.
KXDR hərbçilərinin Rusiya qoşunları ilə birgə döyüşlərə qatılması haqqında xəbərlə r ötən ildən yayılır. Bu ilin yanvar ayında isə iki əsgərin əsir düşməsi bu məlumatların doğruluğunu təsdiqləmiş oldu.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural