KXDR bu il ruslara azı 150 ballistik raket verəcək

KXDR bu il ruslara azı 150 ballistik raket verəcək
23 Yan 2025 13:33

Ukrayna Baş Kəşfiyyat İdarəsinin (QUR)rəhbəri Kirill Budanov diqqət çəkən açıqlamalar verib. O, bildirib ki, Şimali Koreyanın 2025-ci il üçün planlarında ən azı 150 ədəd KN-23 qısa mənzilli ballistik raketlərin ruslara təhvil verilməsi daxil olduğunu söyləyib. Onun sözlərinə görə, eyni şey artilleriya sistemlərinə (170 mm-lik özüyeriyən artilleriya qurğuları M1989 Koksan və 240 mm-lik reaktiv yaylım atəş sistemləri (MLRS) M-1991) və mərmilərə də aiddir.

Budanov “The War Zone” nəşrinə müsahibəsində deyib: “Bu silahların əksəriyyəti ya Ukraynadakı qoşunlara qarşı, ya da Rusiyada təlim keçmək üçün istifadə olunur”. QUR rəhbəri bildirib ki, KXDR-in 170 mm-lik özüyeriyən artilleriya sistemləri güclü sursat yükünə malikdir. M-1991 MLRS isə digər “ağır sistem”ə bənzəyir və cəbhə xəttində daha çox problemlər yaradır.

Xüsusilə, son aylarda Şimali Koreya Rusiyaya 120 Koksan sistemi və 120 M-1991 qurğusu verib. Gələcəkdə də eyni miqdarda bu avadanlıqların təhvil verilməsi gözlənilir. Eyni zamanda, KXDR 2025-ci ildə Kursk vilayətinə öz piyada qoşunlarının bir hissəsini əlavə olaraq göndərə bilər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Sizin reklam burada
Sizin reklam burada