Ukrayna qoşunları bir gündə Kursk vilayətində 280-dən çox hərbçi itirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalında məlumat verilib.
Nazirliyin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri (VSU) həmçinin iki tank, dörd piyada döyüş maşını, üç zirehli döyüş maşını, altı avtomobil, beş artilleriya qurğusu və iki minaatan məhv edib. Ukrayna Silahlı Qüvvələrinin 3 hərbçisi ruslara təslim olub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna qoşunları artıq 50 600-ə qədər hərbçi itirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.