Aparıcı Zaur Nəbioğlunun səhhətində problem yaranıb.
News365.az yazır ki, bu gün “Rəngarəng səhər” verilişində aparıcının halı dəyişib. Verilişdən yarımçıq çıxmalı Zaur üçün təcili yardım çağırılıb.
Proqramın davamında onu başqa biri əvəzləyib və Zaurla bağlı məlumat verib. O bildirib ki, efirdə danışılan ata mövzusundan sonra Zaur özünü narahat hiss edib. Həmçinin əlavə olunub ki, illər əvvəl böyrəyini atasına verən aparıcı bu məsələlərdə çox həssasdır.
Onu da bildirək ki, Z. Nəbioğlu hazırda xəstəxanadadır.