Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən açıqlama

Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən açıqlama
17:15

Azərbaycan vətəndaşı Ağamir Əzimovun Ukraynada əsir düşməsi faktı ilə bağlı araşdırmalara başlamışıq.

Bu sözləri XİN sözçüsü Ayxan Hacızadə Ukraynada əsir düşən Azərbaycan vətəndaşı Ağamir Əzimov ilə bağlı sorğumuza cavab verərkən deyib.

"Artıq aidiyyəti instansiyalara müraciət etmişik. Cavab aldığımız təqdirdə məlumat verəcəyik", - XİN rsəmisi əlavə edib.

Qeyd edək ki, A.Əzimov Rusiyada miqrantlara qarşı əməliyyat zamanı saxlanılıb və məcburi qaydada Ukrayna müharibəsinə göndərilib. Bu yaxınlarda isə əsir düşüb.


Youtube kanalımız