Goranboyda it hücumuna məruz qalan qadından xəbər var

Goranboyda it hücumuna məruz qalan qadından xəbər var
14:44

Goranbayda it öz sahibini parçaladı. 

News365.az xəbər verir ki, Goranboyda it öz sahibini parçalayıb.

Hadisə rayonun Baxcakürd kəndində qeydə alınıb.

64 yaşlı Aybəniz Kərimovanı  həyətində saxladığı it parçalayıb. Qadın ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Xəstəxananın həkimi Ayaz Əsgərov deyib ki, ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir. 

“ Xəstəyə ilkin baxış zamanı başın və sol qolun dişlək yarası diaqnozu təyin edilən şəxsə quduzluq əleyhinə zərdab vurulub və ilkin yardım göstərilib.

Daha ixtisaslı tibbi xidmət almaq üçün Abbas Səhhət adına xəstəxanaya təxliyə edilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir”.


Sizin reklam burada
Sizin reklam burada