Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
17:00

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyunun 21-gündüzdən 24-dək gözlənilən küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib.

News365.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan MR, Ağstafa, Qazax, Gəncə, Samux, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Daşkəsən, Naftalan, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı, Yevlax, Laçın, Şabran, Şəki, Zaqatala, Balakən, Qax, Siyəzən, Xızı, Qobustan, Qusar, Sabirabad, Salyan, Ağdərə, Ağdam, Bərdə, Tərtər, Neftçala, Lerik, Yardımlı, Biləsuvar, Masallı, Hacıqabul, Saatlı, Şirvan, Lənkəran, Astara, Cəlilabad, Mingəçevir, Xaçmaz, Füzuli, İmişli, Beyləqanda, eyni zamanda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Sizin reklam burada
Sizin reklam burada