Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı - FOTO

Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı - FOTO
15:23

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) iki departament rəisi vəzifəsindən azad edilib.

News365.az xəbər verir ki, QSC-nin Maliyyə departamentinin Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıblar.

Onlar naməlum səbəblərdən "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışmış Asəf İsgəndərli və Tərlan Həsənli bu ili mart ayında sözügedən vəzifəyə təyin olunmuşdular.

Fotoda Asəf İsgəndərli


Fotoda Tərlan Həsənli



Sizin reklam burada
Sizin reklam burada