Marmarayda gənc qızın saçını iyləyən şəxs görüntüləndi

Marmarayda gənc qızın saçını iyləyən şəxs görüntüləndi
17:43

İstanbulda Marmaray qatarında baş verən hadisə sosial mediada geniş rezonansa səbəb olub. Belə ki, kimliyi məlum olmayan bir kişi, səyahət zamanı qarşısında oturan gənc qızın saçlarını gizlicə iyləməyə cəhd göstərib. Onun bu şübhəli hərəkətləri sərnişinlərdən biri tərəfindən mobil telefonla qeydə alınıb.

News365.az xəbər verir ki, hadisə qatarın izdihamlı vaqonunda baş verib. Şəxs, gənc qızın arxasında dayanaraq saçlarını iyləməyə çalışıb. Vəziyyəti hiss edən sərnişinlərdən biri həmin anı telefonla çəkərək sosial mediada paylaşıb.

Görüntülərin yayımlanmasının ardından hadisəyə çox sayda sosial media istifadəçisi sərt reaksiya verib. Hal-hazırda zərərçəkənin hüquq-mühafizə orqanlarına şikayət edib-etmədiyi məlum deyil.

News365.az


Sizin reklam burada
Sizin reklam burada