Türkiyəli müğənni Bora Gencer ağır yol qəzası keçirdi

Türkiyəli müğənni Bora Gencer ağır yol qəzası keçirdi
17:50

"Öptüm Seni Şeker" mahnısı ilə tanınan türkiyəli müğənni Bora Gencer ağır yol qəzası keçirib.

News365.az xəbər verir ki, bu barədə sənətçi özü sosial media hesabında paylaşım edib.

“Böyük bir yol qəzasından sağ-salamat çıxdım”, – deyə Gencer bildirib. O, xəstəxanadan fotosunu paylaşaraq səhər saatlarında mahnı oxuduğunu, axşam isə qəza keçirdiyini qeyd edib.

Hadisədən sonra sənətçiyə Çiğdem Tunç, Yeşim Salkım və Yonca Evcimik kimi tanınmış adlar “keçmiş olsun” arzularını bildiriblər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada