Qazaxıstan Macarıstana 85 min ton neft ixrac edib

Qazaxıstan Macarıstana 85 min ton neft ixrac edib
17:07

"KazMunaiGas" (KMG) milli şirkəti Xorvatiya vasitəsilə Macarıstana 85 min ton həcmində neftin ilk partiyasını çatdırıb.

News365.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə milli şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "KazMunayQaz SC (KMG) SC" və "MOL Group" (Macarıstan) arasında əməkdaşlığın strateji genişləndirilməsi çərçivəsində Macarıstanın neft emalı zavoduna 85 min ton həcmində ilk Qazaxıstan neftinin tədarükü həyata keçirilib. Novorossiysk limanından Xorvatiyanın Omisalj limanına dəniz daşımaları milli daşıyıcı "Kazmortransflot" tərəfindən "Alatau" tankeri ilə həyata keçirilib.

Limandan son təyinat məntəqəsinə - Macarıstandakı "Şazhalombatta" neft emalı zavoduna qədər sonrakı daşımalar Xorvatiyanın "Jadranski naftovod" (JANAF) şirkətinin idarə etdiyi "Adriatik" neft kəməri ilə həyata keçiriləcək.

Qeyd edək ki, "MOL Group" baş ofisi Budapeştdə yerləşən beynəlxalq neft və qaz şirkətidir. Dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir. Macarıstan, Slovakiya və Xorvatiyada üç neft emalı və iki neft-kimya zavodunu idarə edir. KazMunayQaz və MOL Group Qərbi Qazaxıstan vilayətindəki Rojkovskoye qaz-kondensat yatağında uğurla əməkdaşlıq edir.


Sizin reklam burada
Sizin reklam burada