Binəqədi və Sabunçu rayonlarında oğurluq edən 3 nəfər saxlanılıb

Binəqədi və Sabunçu rayonlarında oğurluq edən 3 nəfər saxlanılıb
04 Avq 2025 22:15

Binəqədi və Sabunçu rayonlarında oğurluq edən 3 nəfər saxlanılıb.

Bu barədə News365.az-a DİN-in mıtbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunda yerləşən mağazaların birindən oğurluq edilib və nəticədə zərərçəkənə 1800 manat maddi ziyan vurulub.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı M.Rəsulov və əvvəllər məhkum olunmuş 64 yaşlı Ş.Hüseyquliyev saxlanılıblar.

Binəqədi rayonu ərazisində isə 2 nəfərə məxsus avtomobillərdən 1500 manat, qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlamaqda şübhəli bilinən 39 yaşlı M.Allahverdiyev də polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada