Turizm sahəsində fəaliyyət göstərən “Travel Tomorrow” platforması Naxçıvan Muxtar Respublikası barədə geniş məqalə dərc edib.
News365.az xəbər verir ki, “Naxçıvanda instaqram üçün ən fotogenik 10 məkan” adlı yazıda muxtar respublikanın təbiəti, tarixi və mədəniyyətini əks etdirən, fotoqrafiya həvəskarlarının və turistlərin böyük marağına səbəb olacaq unikal məkanlardan bəhs olunur.
Siyahıya Göygöl gölü, Heydər Məscidi, Əlincə Qalası, Saat Meydanı Oteli, Batabat gölü, İlandağ dağı, Əshabi-Kəhf mağarası, Geysəriyyə abidəsi, Yusif ibn Küseyir türbəsi və Naxçıvan Xan Sarayı kimi məkanlar daxil edilib.
Məqalədə vurğulanır ki, bu məkanlar Naxçıvanı təkcə Azərbaycan üçün deyil, dünya üçün də fotoqrafiya və mədəni turizm baxımından cazibədar bir bölgəyə çevirir.