Azərbaycanın meyvə-tərəvəz ixracından gəliri açıqlanıb

Azərbaycanın meyvə-tərəvəz ixracından gəliri açıqlanıb
15:10

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 602 milyon 531 min ABŞ dolları dəyərində 574.3 min ton meyvə-tərəvəz ixrac edilib.

News365.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 31.4% (143.7 milyon dollar), həcmi isə 30.8% (135.2 min ton) artıb. 2024-cü ilin ilk 9 ayında Azərbaycan 458.8 milyon ABŞ dolları dəyərində 439.2 min ton meyvə-tərəvəz ixrac edib.

Hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 157.2 milyon dollar dəyərində pomidor (144 min ton), 100.4 milyon dollar dəyərində meşə fındığı (13.5 min ton), 50.2 milyon dollar dəyərində alma (71.4 min ton ), 34.1 milyon dollar dəyərində xurma (47.7 min ton), 28.2 milyon dollar dəyərində kartof (70.9 min ton), 7.2 milyon dollar dəyərində nar (8 min ton) olub.

Xatırladaq ki, cari ilin yanvar-sentyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3.24%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 22.74%-ə bərabər olub.


Sizin reklam burada
Sizin reklam burada