Külək güclənib - FAKTİKİ HAVA

Külək güclənib - FAKTİKİ HAVA
06 Apr 2025 16:41

Aprelin 6-sı saat 15:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən News365.az-a verilən məlumata görə, bəzi bölgələrdə küləkli hava şəraiti davam edir. 

Hazırda qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 28 m/s, Daşkəsəndə 25 m/s, Qobustanda 22 m/s, Altıağacda 19 m/s, Gədəbəy və İsmayıllıda 16 m/s-yə çatır. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da 21, Aran rayonlarında 27, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada