Küçə adlarının seçimi zamanı dil qaydalarına üstünlük veriləcək

Küçə adlarının seçimi zamanı dil qaydalarına üstünlük veriləcək
12:03

Prospekt, küçə, meydanlara ad verərkən dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək. 

News365.az-ın məlumatına görə, məsələ Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”  qanun layihəsində öz əksini tapıb. 


Qeyd edək ki,bundan əvvəl  prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilirdi. 


Sizin reklam burada
Sizin reklam burada