ABŞ ordusu Sakit okeanda katerə zərbələr endirdi

ABŞ ordusu Sakit okeanda katerə zərbələr endirdi
09:46

ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi ehtimal olunan katerə zərbələr endirib.

News365.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı iki nəfər həlak olub, ABŞ-nin hərbi qulluqçuları zərər görməyib.

"Kəşfiyyat məlumatları katerin Sakit okeanın şərq hissəsində məlum marşrut üzrə hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib", - deyə komandanlıqdan bildirilib.


Sizin reklam burada
Sizin reklam burada