ABŞ-ə qarşı əsas mübarizə maliyyə cəbhəsində gedir

ABŞ-ə qarşı əsas mübarizə maliyyə cəbhəsində gedir
12:36

Məhəmməd Baqer Qalibaf ABŞ-yə qarşı əsas qarşıdurma xəttinin maliyyə sahəsi olduğunu bildirib.

News365.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Qalibaf sosial şəbəkədəki paylaşımında qeyd edib ki, iqtisadi müqavimət ABŞ-nin təsirini zəiflətmək üçün əsas alətdir. O, ABŞ maliyyə sistemində müəyyən məhdudiyyətlərin tətbiq olunduğunu iddia edib.

İran parlamentinin sədri Scott Bessentin bəzi valyuta svop mexanizmlərinin aktivləşdirilməsi ilə bağlı açıqlamalarına da toxunub. Onun sözlərinə görə, bu addımlar ABŞ aktivlərinin “nizamsız satışının” qarşısını almağa yönəlib.

Qalibaf bildirib ki, bu tədbirlər bəzi institusional investorların ABŞ istiqrazlarını satmaq imkanlarını məhdudlaşdıra bilər və maliyyə bazarlarında həssaslığın artdığını göstərir.

O əlavə edib ki, bazar şəraiti pisləşərsə, bu məhdudiyyətlər daha da sərtləşə bilər və bu vəziyyət investorlar üçün risklərin artdığını nümayiş etdirir.


Sizin reklam burada
Sizin reklam burada