“Evimi talayıb qaçıblar”- Nazənin

“Evimi talayıb qaçıblar”- Nazənin
10:24

Müğənni Nazənin Salayeva ev işçiləri ilə bağlı xoşagəlməz hadisə yaşadığını açıqlayıb.

News365.az xəbər verir ki, sənətçi evə etibar edib açar verdikləri şəxslər onların etimadından sui-istifadə etdiklərini bildirib.

Onun sözlərinə görə, istirahətdə olduqları müddətdə həmin şəxslər evdəki bahalı qab-qacaq, yorğan üzləri və süfrələri götürərək yoxa çıxıblar.

Nazənin Salayeva bu hadisədən sonra insanlara xəbərdarlıq edərək vurğulayıb ki, evə hər kəsi buraxmaq olmaz və bu məsələdə diqqətli olmaq lazımdır.



Sizin reklam burada
Sizin reklam burada