“Maya Sandu ölkəsinin prezidenti deyil, çünki Moldovada əhalinin əksəriyyəti ona səs verməyib, söhbət bölünmüş cəmiyyətdən gedir".
News365.az xəbər verir ki, bu fikirləri Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, xaricdə yaşayan minlərlə Moldova vətəndaşına ölkədə keçirilən prezident seçkilərində səs vermək imkanının verilməməsi seçkilərin nəticələrinə təsir etməyə bilməzdi: "Bu seçkilər nə demokratik, nə də ədalətli idi".
Kremlin sözçüsü qeyd edib ki, Rusiya Moldovada seçkilərə müdaxilə etməyib:
"Rəsmi Moskva etibarlı məlumatlarla dəstəklənən heç bir qınaq eşitməyib. Moldova müxalifəti qeyri-qanuni hücumlara və həbslərə məruz qalır - bu, rəsmi Kişinyovun qeyri-demokratik xəttinin təzahürüdür".
Peskov əlavə edib ki, Dnestryanı bölgənin sakinləri Moldovanın hazırkı rəhbərliyini dəstəkləməyə meyilli deyillər.