ABŞ-də seçkilərin təhlükəsizliyini təmin etmək məqsədilə səsvermə məntəqələrində yüksək səviyyəli təhlükəsizlik tədbirləri həyata keçirilib.
News365.az bu barədə yerli mediaya istinadla xəbər verir.
Belə ki, “Washington Post”un məlumatına görə, ölkə ərazisində yerli hakimiyyət orqanları prezident seçkiləri öncəsi ciddi ehtiyat tədbirləri görüb.
Bu çərçivədə səsvermə məntəqələrinin və səslərin hesablanması mərkəzlərinin ətrafına təhlükəsizlik kameraları yerləşdirilib, bu mərkəzlərin damlarında snayper nəzarəti tətbiq edilib.
Ölkədə küçələrə əlavə polis qrupları göndərilib, pilotsuz uçuş aparatları ilə yoxlamalar gücləndirilib.
Vaşinqton və Nevada ştatlarında hər hansı iğtişaş ehtimalına qarşı milli qvardiyaların hazır vəziyyətdə olduğu açıqlanıb.