“Ukrayna paytaxtı müdafiəyə hazır olmalıdır” -Popoviç

“Ukrayna paytaxtı müdafiəyə hazır olmalıdır” -Popoviç
12:36

Ukraynada müharibənin davam etdiyi bir vaxtda paytaxt özünü təhlükəsiz hiss edə bilmir. Bu fikri “Raido NV” telekanalının efirində hərbi ekspert Denis Popoviç Martin Brestin məlum bəyanatını şərh edərkən bildirib.

"Paytaxt mütləq müdafiəyə hazır olmalıdır. Baxmayaraq ki, hazırda və yaxın gələcəkdə Kiyevə hücum təhlükəsi yoxdur. Amma Kiyev istənilən halda müdafiəyə hazırlanmalıdır. Bir daha təkrar etmək istəyirəm - növbəti iki ayda hazırlaşmalıyıq. Sonra isə heç vaxt proqnozlar verməyə çalışmayacağam, indi Kiyevə qarşı hər hansı bir hücumun planlaşdırıldığını söyləməyə əsas yoxdur",- o qeyd edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural



Youtube kanalımız

Oxşar xəbərlər